Hadisə

Avtomobil kanala aşdı, ölənlər var

Avtomobil kanala aşdı, ölənlər var

Zərdab rayonunun Əlvəd kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Hyundai Santa Fe" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını su kanalına aşırıb.

Demokrat.az xəbər verir ki, ilkin məlumatlara görə, qəza nəticəsində iki nəfər hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər üç sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb və onlara zəruri tibbi yardım göstərilir.

Hazırda hüquq-mühafizə orqanları hadisənin dəqiq səbəblərini araşdırır. Faktla bağlı təhqiqat davam edir.(APA)

Demokrat.az

NE
Nihadə Eyyubova