Tərtər və Naxçıvan şəhərlərində doğuş zamanı ana ölümləri qeydə alınıb.
Demorkat.az-ın məlumatına görəTərtər rayonunda 2007-ci il təvəllüdlü Hacıqərvənd kənd sakini Röya Allahverdiyeva 12 mart 2026-cı il tarixində 39–40 həftəlik hamiləliklə Tərtər Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə daxil olub.
Saat 18:30 radələrində fizioloji doğuş baş versə də, doğuşdan sonra qadının vəziyyəti kəskin pisləşib. Tibbi müdaxilələrə baxmayaraq, saat 21:50 radələrində onun bioloji faktı qeydə alınıb. Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə təhvil verilib, ölümün dəqiq səbəbi patoloji-anatomik müayinə nəticəsində müəyyənləşəcək. Yenidoğulmuşun vəziyyəti qənəatbəxş qiymətləndirilir.
Eyni gündə Naxçıvan şəhərində də doğuşdan sonra ana ölüb. İlkin məlumata görə, qadının doğuşdan sonra səhhəti qəfil pisləşib və görülən tibbi müdaxilələrə baxmayaraq onun bioloji ölüm faktı qeydə alınıb.
Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır, yenidoğulmuşun vəziyyəti isə qənəatbəxş qiymətləndirilir.
Hər iki hadisə ilə bağlı araşdırmalar davam edir.(APA)
Demokrat.az


