Sosial

ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir

ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir

Azərbaycan Dəmir Yolları (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Demokrat.az quruma istinadən xəbər verir ki, martın 18-də hər iki istiqamətdə əlavə səfərlər təşkil olunacaq.

Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Qeyd edək ki, bu istiqamət üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik qatar səfərləri həyata keçirilir.

Demokrat.az

NE
Nihadə Eyyubova