İqtisadiyyat Özəl

Bu şəxslərin maaşı artırıldı

Bu şəxslərin maaşı artırıldı

Hərbi qulluqçuların, dövlət qulluqçusu olmayan mülki işçilərin və hərbçilərin hərbi rütbəyə görə maaşlarınınməbləğlərində dəyişiklik təsdiqlənib.

Məsələ ilə bağlı hərbi ekspert Rövşəm Məhərrəmov Demokrat.az-a bildirib ki, maaşların artırılmasını müsbət hal hesab edir:

Bu şəxslərin maaşı artırıldı

"Dövlət qulluqçusu olmayan mülki vəzifəli şəxslərin maaşlarının artırılması mütləq həyata keçirilməli idi. Onların maaşları dövlət qulluqçularının maaşlarından xeyli aşağı idi və bu fərqin tənzimlənməsi zəruri idi. Dövlət qulluqçuları dövlət komissiyasında imtahan verirlər və müəyyən ştat strukturu üzrə Müdafiə Nazirliyində vəzifələrə təyinat alırlar. Lakin dövlət qulluqçusu olmayan mülki şəxslər Müdafiə Nazirliyi və onun tabeliyində olan qurumlar, eləcə də hərbi hissələr tərəfindən birbaşa işə cəlb olunurlar. Bəzən eyni şöbədə həm dövlət qulluqçusu, həm də dövlət qulluqçusu olmayan mülki şəxs çalışır və onlar faktiki olaraq eyni vəzifəni yerinə yetirirlər.

Bu halda dövlət qulluqçularının maaşı dövlət qulluqçusu olmayan mülki şəxslərin maaşından xeyli yüksək olur. Ona görə də bu fərqin tənzimlənməsi, eləcə də həyat şəraitinin yaxşılaşdırılması nəzərə alınaraq dövlət qulluqçusu olmayan mülki şəxslərin də vəzifə maaşlarının artırılması zəruri idi".

O bildirib ki, bu şəxslər mülki olsalar da, strateji əhəmiyyət kəsb edən hərbi hissələrdə və mühüm sahələrdə fəaliyyət göstərirlər:

"Onların arasında qərargahlarda çalışanlar, yeməkxanalarda aşpaz kimi fəaliyyət göstərənlər, təchizatla məşğul olanlar və digər mühüm vəzifələrdə çalışan şəxslər var. Maaşların aşağı olması səbəbindən bu sahədə müəyyən tənzimləmə aparılması vacib idi və bu baxımdan belə bir qərarın qəbul olunması müsbət addım kimi qiymətləndirilə bilər".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova