Azərbaycanda və bütün İslam dünyasında müqəddəs Ramazan ayı davam edir. Bu günlərdə oruc tutanları ən çox maraqlandıran suallardan biri də iftar üçün menyulardır.
Demokrat.az axşam.az-a istinadən iftar süfrəsinə hazırlaya biləcəyiniz asan yemək reseptlərini təqdim edir.
Axşam.az "Günün menyusu"nda iftar süfrəsinə hazırlaya biləcəyiniz asan yemək reseptləri təqdim edir.
Xarço şorbası
Ərzaqlar:
Mal əti -300 qr. Kartof - 1 ədəd Soğan - 1 ədəd Yumru düyü - 100 qr. Sarımsaq - 1 diş Kərə yağı - 60 qr. Tomat pastası - 1 ç/q Dəfnə yarpağı - 2 ədəd Nanə qurusu, sarıkök, duz
Hazırlanması:
Əti yuyub, suda qaynadın. Bişdikdən sonra xırda doğrayın. Soğanı xırda doğrayıbyağda qızardın. Üzərinə tomat pastası və qasığın ucunda sarıkök əlavə edin.Sarımsağı xırda doğrayıb,ət, dəfnə yarpağı ilə birlikdə soğanın üzərinə əlavə edin və 2-3 dəqiqə bişirin. Qazana 1,5 litr qaynar su əlavə edib, qarışdırın.Kartofuxırda doğrayıbyeməyə tökün. Düyünü əlavə edib, vam odda bişirin. Bişdikdən sonra 30 dəqiqə saxlayıb, sonra süfəryə verin.

Çaşuşuli (Gürcü yeməyiƏrzaqlar:
600–700 q mal əti (kub şəklində doğranmış) 2 böyük soğan 2-3 pomidor (və ya pomidor pastası) 2 bolqar bibəri 3 diş sarımsaq 1 x.q. qırmızı bibər Duz, istiot, ədviyyat qarışığı (təbii gürcü qarışığı “khmeli-suneli” olarsa daha yaxşıdır) 2 x.q. bitki yağı 1 stəkan su
Hazırlanması:
Tava və ya qazana yağ əlavə edin. Əti orta atəşdə hər tərəfi qızarana qədər bişirin. Soğan və bibəri doğrayıb tökün bişməyə qoyun.Pomidor və ədviyyatları əlavə edib, qovurun.Sarımsaq, qırmızı bibər, duz və istiot əlavə edin. Qarışığı 2–3 dəqiqə qovurun. 1 stəkan su əlavə edin, qazanın qapağını örtün. Orta atəşdə 40–50 dəqiqə bişirin ki, ət yumşaq olsun və sous qatılaşsın.

Gozinaki (Gürcü şirniyyatı)
Ərzaqlar:
200 q qoz ləpəsi (və ya fındıq, badam) 150 q bal 1 x.q. şəkər tozu (istəyə görə) Bir az kərə yağı (qabı yapışmasın deyə)
Hazırlanması:
Qoz ləpələrini quru tavada 3-4 dəqiqə qovurun ki, nəmliyi olmasın.Balı kiçik bir qazana əlavə edin, orta atəşdə 3-4 dəqiqə qızdırın. Balın çox qatı olmamasına diqqət edin (axıcı, lakin çox maye olmamalıdır). Qozları bal ilə qarışdırın.Yağlanmış taxta və ya silikon formasına qarışığı əlavə edin. Üzünü düzəldin və bir az soyuması üçün buraxın.Soyuduqdan sonra kiçik düzbucaqlı və ya kvadrat parçalar kəsin.



