“Qala Həyat Sığorta Şirkəti” ASC vətəndaşların sosial və maliyyə təhlükəsizliyini təmin etmək məqsədilə müxtəlif sığorta məhsulları təqdim edir. Bu məhsullar arasında əmək qabiliyyətinin itirilməsi halından sığorta olunanın həyat sığortası xüsusi yer tutur.
Demokrat.az xəbər verir ki, şirkətin təqdim etdiyi bu sığorta növü iş həyatında baş verə biləcək gözlənilməz risklərə qarşı etibarlı qoruma yaradır.
İstehsalat prosesində baş verə biləcək bədbəxt hadisələr nəticəsində sığorta olunan şəxs əmək qabiliyyətini müvəqqəti itirdiyi halda sığorta ödənişi əldə edə bilər. Bu isə vətəndaşların çətin vəziyyətlərdə maliyyə sabitliyini qorumasına və gələcəyini daha etibarlı şəkildə planlaşdırmasına imkan verir.
“Qala Həyat”ın təqdim etdiyi sığorta həlləri həm fərdi şəxslər, həm də müxtəlif sahələrdə çalışan əməkdaşlar üçün əlavə təminat yaradır.
Qeyd edək ki, “Qala Həyat Sığorta Şirkəti” ASC müştərilərinə operativ xidmət, peşəkar dəstək və etibarlı sığorta mexanizmləri təqdim etməklə sığorta bazarında fəaliyyətini davam etdirir.
Ünvan: Bakı şəhəri, İzmir küçəsi 5 A. Qaynar xətt: 1540 Telefon: (012) 404 77 74
Demokrat.az


