Rusiyada fəaliyyət göstərən azərbaycanlı məşhur bloqer Hüseyn Həsənov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə anası üçün xüsusi jest edib. O, anasına adi gül çələngi yox, 8 ədəd pul buketindən ibarət maraqlı hədiyyə hazırlayıb.
Demokrat.az xəbər verir ki, bloqer bu özəl anın görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Hüseyn paylaşımına "Ana, bayramın mübarək. 8 Mart münasibətilə bütün gözəl qadınları təbrik edirəm. Sizi sevirik" qeydini əlavə edib.
Sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olan hədiyyə geniş maraqla qarşılanıb. Hüseynin bu addımı çoxlarını təəccübləndirsə də, onun ailəsinə göstərdiyi diqqət izləyicilərin rəğbətini qazanıb.
View this post on Instagram
Demokrat.az


