Cəmiyyət

Bakı restoranlarında 8 mart qiymətləri — 1000 manatlıq menyular var

Bakı restoranlarında 8 mart qiymətləri — 1000 manatlıq menyular var

Beynəlxalq Qadınlar Günü münasibətilə paytaxtın əyləncə məkanları və restoranları xüsusi hazırlıqlara başlayıb. Bayram axşamı üçün nəzərdə tutulan şou proqramlar və menyu seçimləri büdcəyə görə kəskin fərqlənir. Şəhər restoranlarında aparılan araşdırma göstərir ki, qiymətlər minimum 50 manatdan başlayaraq 1000 manata qədər yüksəlir.

Demokrat.az milli.az-a istinadla bildirir ki, ən bahalı təkliflər arasında Sosyete Baku ön sıralardadır. Burada tək nəfərlik xidmət haqqı 150 manat müəyyən edilib. Daha rahat və özəl şərait istəyənlər üçün VIP divanların depoziti 800 ilə 1000 manat arasında dəyişir. Mangal Steak House isə şou proqram və yemək daxil olmaqla hər qonaq üçün 180 manatlıq paket təklif edir.

Milli və dünya mətbəxinə üstünlük verən Zeyd Restaurant müştərilərinə iki fərqli seçim təqdim edir. Axşam saatlarında milli təamlar üçün iki nəfərlik menyu 250 manat, xarici mətbəx üçün isə 300 manatdır. Günün birinci yarısında məkana üz tutanlar üçün şərtlər daha yumşaqdır. Belə ki, saat 17:30-dək iki nəfər üçün 60 manatlıq depozit ödəməklə sərbəst seçim etmək mümkündür.

Sky Grill və Shakespeare kimi məkanlarda əsasən masa depoziti tətbiq olunur. Bu məbləğ birincidə 200 manat, ikincidə isə 100 manat təşkil edir. El Piano Baku restoranında qiymətlər masanın səhnəyə yaxınlığına görə 125 və 150 manat olaraq qruplaşdırılıb. Daha münasib variant axtaranlar üçün Societe restoranında 88 manatlıq, The Gallery by Hollywood-da isə 80 manatlıq özəl paketlər mövcuddur. Caravan restoranı isə adambaşına 50 manatlıq depozitlə ən ucuz təkliflərdən birini çıxış edir.

Həmçinin oxu: 'Memati'nin xanımı da 'Yeraltı'na gəlir — FOTOLAR Fərda Aminin ölüm xəbəri yayıldı 'Çəkilişdən evə titrəyərək qayıdırdım'

Paytaxtın mərkəzi məkanlarında bayram planlaşdıranlar üçün seçim imkanları geniş olsa da, əksər yerlərdə xidmət haqqı və əlavə ödənişlərin də nəzərə alınması vacibdir.

Demokrat.az

NE
Nihadə Eyyubova