Maraqlı Özəl

Hamı zibilə atır, amma belə istifadə etmək olur

Hamı zibilə atır, amma belə istifadə etmək olur

Gündəlik həyatda bir çox əşyanı lazımsızdır deyərək düşünmədən zibilə atırıq. Halbuki son illərdə geniş yayılan ekoloji təmiz həyat tərzi və sıfır tullantı anlayışı tullantı hesab etdiyimiz bir çox şeyin əslində yenidən istifadə edilə biləcəyini göstərir. Bunların başında isə tualet kağızı və mətbəx dəsmallarının karton rulonları gəlir.

Demokrat.az xəbər verir ki, bir çoxumuz üçün sadəcə karton silindrdən ibarət olan bu rulonlar həm ev iqtisadiyyatına töhfə verir, həm də təbiət dostu həllər təklif edir. Sosial mediada viral olan videolar bu kiçik karton parçalarının bağçadan iş masasına, mətbəxdən ev heyvanlarının baxımına qədər geniş sahədə necə faydalı köməkçiyə çevrildiyini sübut edir.

Bağbanlıqla maraqlananlar üçün tualet kağızı rulonları plastik qablara ən yaxşı alternativdir. Rulonun alt hissəsini içəri doğru qatlayaraq hazırlayacağınız mini dibçəklər toxumların cücərməsi üçün ideal mühit yaradır. Bitkini torpağa əkmək vaxtı çatdıqda onu rulondan çıxarmağa ehtiyac qalmır. Kartonu olduğu kimi torpağa basdıra bilərsiniz. Zamanla torpaqda həll olan bu material köklərin birbaşa yayılmasına imkan yaradır. Əgər evdə kompost (təbii gübrə) hazırlayırsınızsa, bu rulonları kiçik hissələrə bölərək əlavə etməklə gübrənin keyfiyyətini artıra bilərsiniz.

Kabel qarışıqlığından bezənlər üçün bu rulolar mükəmməl nizamlayıcıdır. USB kabellərini, şarj cihazlarını və ya qulaqlıqları səliqəli şəkildə qatlayıb rulonun içinə yerləşdirə bilərsiniz. Üstünə hansı kabel olduğunu yazmaqla siyirtmələrdə milimetrik qayda-qanun yarada bilərsiniz. Həmçinin kiçik zinət əşyaları və ya hədiyyələr üçün rulonun uclarını içəri qatlayaraq şık və orijinal hədiyyə qutuları hazırlamaq mümkündür.

Qış aylarında quşlara kömək etmək istəyirsinizsə, tualet kağızı rulonundan əla yem qabı hazırlaya bilərsiniz. Rulonun xarici hissəsinə şəkərsiz fıstıq əzməsi çəkdikdən sonra onu quş yeminə bulayın və ağac budağından asın. Bu, həm uşaqlar üçün əyləncəli məşğuliyyət olacaq, həm də ekosistemə fayda verəcək.

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova