Şou-biznes Özəl

71 yaşlı Sezen Aksu sevgilisi ilə görüntüləndi — FOTO

71 yaşlı Sezen Aksu sevgilisi ilə görüntüləndi — FOTO

Türk pop musiqisinin əfsanəvi siması Sezen Aksu uzun müddət sonra İstanbulun Cihangir səmtində kameralara tuş gəlib. Uzun müddətdir, media qarşısına çıxmayan ifaçı üzünü gizlədərək tanınmamağa çalışsa da, paparassilərdən qaçmaq mümkün olmayıb.

Demokrat.az bildirir ki, məkandan çıxarkən fotoqrafları qarşısında görən əməkdar sənətkar bu vəziyyətdən məmnun qalmadığını gizlətməyib. O, icazəsiz çəkiliş aparılmasına sərt reaksiya göstərib.

71 yaşlı Sezen Aksu sevgilisi ilə görüntüləndi — FOTO
71 yaşlı Sezen Aksu sevgilisi ilə görüntüləndi — FOTO

Pərəstişkarlarının ən çox maraqlandığı mövzu müğənninin yenidən konsert verib-verməyəcəyidir. Lakin Sezen Aksu səhnəyə qayıdışı ilə bağlı verilən sualı cavabsız qoymağa üstünlük verib. Heç bir açıqlama verməyən sənətçi sürətlə avtomobilinə əyləşərək ərazidən uzaqlaşıb.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova