Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsinin ərazisində baş verib. Həmin ərazidə yerləşən "Huner Group" MMC-nin tikinti sahəsində işləyən Neftçala rayon sakini 1988-ci il təvəllüdlü Ramil Əlisafa oğlu Səfərovun üzərinə elektrik barabanı düşüb. R.Səfərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır. (Oxu.Az)
Demokrat.az


