Şou-biznes Özəl

"Akasya Durağı" 2 çəkilir — Yayım tarixi də bilindi

Akasya Durağı 2 çəkilir — Yayım tarixi də bilindi

Bir dövrün ən çox izlənilən ekran işlərindən olan "Akasya Durağı" uzun fasilədən sonra yenidən tamaşaçı qarşısına çıxmağa hazırlaşır. Sevilən serialın yeni bölümlərinin nə vaxt yayımlanacağı ilə bağlı gözlənilən xəbər gəlib.

Demokrat.az xəbər verir ki, "Akasya Durağı Yeniden" adı ilə ekranlara dönəcək layihənin yayım tarixini ssenarist İbrahim Aşkın elan edib. O, sosial şəbəkə hesabında etdiyi paylaşımla hazırlıqların sürətlə davam etdiyini bildirərək, serialın sentyabr ayında nümayiş olunacağını açıqlayıb.

İllər əvvəl final etməsinə baxmayaraq, təkrar bölümləri ilə hələ də böyük maraq görən ekran işinin yeni heyəti isə indidən maraq doğurub. Köhnə aktyor heyətindən kimlərin layihədə yer alacağı hələlik dəqiqləşməsə də, serialın yenilənmiş hekayələrlə təqdim ediləcəyi gözlənilir. Sosial mediada böyük həyəcan yaradan bu xəbər nostalji həvəskarları tərəfindən sevinclə qarşılanıb.

Həmçinin oxu: 'Ağzından horra tökülən zırramaların qonağı olmaq istəmirik' “Televiziyada baş verənlərə görə, xalqın günahı yoxdur” 'Aparıcılar, hamınız səviyyəsizsiniz. Razısınız?'

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova