Sosial

Sumqayıt sakinlərinə şad xəbər — Yeni reys açılır

Sumqayıt sakinlərinə şad xəbər — Yeni reys açılır

“Böyük Qayıdış” proqramı çərçivəsində azad edilmiş ərazilərə köçən sakinlərin nəqliyyat təminatını yaxşılaşdırmaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt–Laçın istiqamətində yeni müntəzəm avtobus xətti açır.

Qurumun yaydığı məlumata əsasən, reys fevralın 23-dən fəaliyyətə başlayacaq. Avtobuslar hər gün saat 07:00-da Sumqayıt Avtovağzalından Laçın istiqamətinə yola düşəcək, əks istiqamətdə isə 17:30-da hərəkət edəcək. Sumqayıt–Laçın marşrutu üzrə gedişhaqqı 16,60 manat müəyyənləşdirilib.

Marşrut xətti üzərində Xocalı, Xankəndi və Şuşa aralıq dayanacaqlar kimi nəzərdə tutulub. Qiymətlər müvafiq olaraq Sumqayıt–Xocalı 14,30 manat, Sumqayıt–Xankəndi 14,80 manat, Sumqayıt–Şuşa isə 15,20 manatdır.

Biletlər yalnız onlayn şəkildə biletim.az platforması vasitəsilə satılır. Sistem üzərindən bilet alan vətəndaşlara azad edilmiş ərazilərə giriş icazəsi avtomatik qaydada rəsmiləşdirilir.

Demokrat.az

NE
Nihadə Eyyubova