Hadisə

Qadın doğuşdan sonra öldü — YENİLƏNİB

Qadın doğuşdan sonra öldü — YENİLƏNİB

Bakıda gənc qadının doğuşdan sonra ölməsinin səbəbi açıqlanıb.

Demokrat.az xəbər verir ki, “Yeni Sabah”ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib ki, fevralın 7-də 1998-ci il təvəllüdlü şəxs (qadın) epiqastral nahiyədə ağrı, ürəkbulanma, qusma və hərarətin yüksəlməsi şikayətləri ilə Kliniki Tibbi Mərkəz-in Ginekologiya şöbəsinə hospitalizasiya olunub.

Pasiyent 35 həftəlik hamiləliklə qəbul edilib. Aparılan klinik-laborator və instrumental müayinələrdən sonra müvafiq tibbi müdaxilə həyata keçirilib və çəkisi 2300 qram, boyu 47 sm olan uşaq (kişi) dünyaya gəlib.

Doğuş prosesindən sonrakı dövrdə ananın vəziyyəti ağır olaraq qiymətləndirilib və müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Göstərilən bütün reanimasiya tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 19.02.2026-cı il tarixində saat 08:20 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

***

12:11

Bakıda qadın ölümü qeydə alınıb.

Demokrat.az "Yeni Sabah"a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü paytaxt sakini Sevda Məmmədovanın Kliniki Tibbi Mərkəzdə doğuşdan sonra ölüb.

Demokrat.az

NE
Nihadə Eyyubova