Meyxanaçı Samirə Yusifqızı müğənni qızı Fərəhin sosial mediada yayılan qalmaqallı sözlərinə münasibət bildirib.
Demokrat.az xəbər verir ki, o, “Tarixin bir günü” verilişinə zəng edərək bildirib:
"Qızım cahillik edib, ağılsızlıq edib. Onun adından hər kəsdən üzr istəyirəm. Bu dəfə xatirimə onu bağışlayın. Mən onun ucbatından bu gün başıaşağıyam".
Qeyd edək ki, Fərəh bir məclisdə Kəmalə Günəşliyə təriflər söyləyərkən tənqidçilərinə qarşı sərt sözlər işlətmişdi və görüntülər sosial mediada geniş yayıldı.
Demokrat.az


