Kriminal

10 gün komada qalan Şəki sakini həyatını itirdi

10 gün komada qalan Şəki sakini həyatını itirdi

Şəkidə 65 yaşlı kişi xəstəxanada vəfat edib.

Demokrat.az xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Əli Məmmədov 10 gün əvvəl hamamda yıxılaraq kəllə-beyin travması alıb.

Ağır xəsarət alan Məmmədov dərhal xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, o, bu gün aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

NE
Nihadə Eyyubova