Cəmiyyət

Əcnəbilərlə qohum olan azərbaycanlı tanınmışlar — FOTOLAR

Əcnəbilərlə qohum olan azərbaycanlı tanınmışlar — FOTOLAR

Qloballaşan dünyada sərhədlər yalnız kağız üzərində - xəritələrdə qalıb. Təhsil, iş, səyahət və sosial şəbəkələr müxtəlif millətlərdən olan insanları daha tez-tez qarşılaşdırır. Bu qarşılaşmaların bir hissəsi dostluqla bitir, bir hissəsi isə nikahla. Müşahidələr göstərir ki, son illər azərbaycanlılarla əcnəbilər arasında bağlanan nikahların sayı artmaqdadır.

Artıq azərbaycanlı bir gəncin alman, ingilis, fransız, koreyalı, türk, rus və ya amerikalı ilə ailə qurması nadir hal deyil. Xüsusən xaricdə təhsil alan və ya beynəlxalq mühitdə çalışan gənclər üçün bu cür evliliklər adiləşib. Bir çoxları üçün əsas meyar milliyyət yox, xarakter uyğunluğu, dəyərlər və qarşılıqlı hörmətdir.

Doğrudur, Azərbaycan cəmiyyətində hələ də “öz millətimdən olsun” düşüncəsi güclüdür. Xüsusilə valideynlər üçün dil, din və adət-ənənə məsələləri önə çəkilir. Amma statistika göstərir ki, zamanla valideynlər dəəcnəbilərlə evliliyə öyrəşirlər. Əcnəbi kürəkən və ya əcnəbi gəlin Azərbaycan dilini öyrənməyə, adət-ənənələrə hörmət etməyə çalışdıqca, ailə üzvlərinin münasibəti də yumşalır.

Demokrat.azsaytı Ədliyyə Nazirliyinin rəsmi statistikasını diqqətinizə çatdırır: 2025-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında2081 nikahbağlanıb. 2024-cü ildə isə Azərbaycan vətəndaşları ilə əcnəbilərin2037 nikahıqeydə alınıb. Göründüyü kimi, statistikada xeyli artım gözə çarpır.

Araşdırmalar göstərir ki, əcnəbilərlə qohum olan azərbaycanlılar arasındatanınmışlar da az deyil. Faktlar da bunu təsdiqləyir:

Əcnəbilərlə qohum olan azərbaycanlı tanınmışlar — FOTOLAR

Azərbaycanın sabiq xarici işlər naziriElmar MəmmədyarovunAmerikada yaşayan oğlu Riyad Məmmədyarov tələbə yoldaşı olmuş Aleks Zapalla adlı amerikalı xanımla ailə həyatı qurub.

Onlar Nyu-York Universitetində təhsil alarkən tanış olublar. Cütlüyün toyu 2019-cu ildə olub.Gənclər toy mərasimini Nyu-York şəhərində keçiriblər.

Əcnəbilərlə qohum olan azərbaycanlı tanınmışlar — FOTOLAR

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziriFüzuli Ələkbərovqeyri-azərbaycanlı ilə quda olan tanınmışlar sırasında yer alır. Bu hadisə onun nazir işlədiyi müddətdə (7 fevral 2006-cı ildən 22 oktyabr 2013-cü il kimi) baş verib. Belə ki, F.Ələkbərov əmək və sosial müdafiə naziri işlədiyi 2009-cu ilin iyununda Rusiya Gömrük Komitəsinin sədr müavini ilə qohum olub. Azərbaycanlı nazir qızını rus məmurun oğluna ərə verib. Belə məlumatlar var ki, toy mərasimi Yunanıstandanın paytaxtı Afinanın ən bahalı otellərindən birində keçirilib. Gənclərin İsveçrədə birgə təhsil alarkən tanış olduğu qeyd edilir.

Əcnəbilərlə qohum olan azərbaycanlı tanınmışlar — FOTOLAR

Hazırda Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini postunda çalışanMusa Pənahovda əcnəbilərlə qohum olan tanınmış məmurlar sırasına daxildir. Musa Pənahov 2004-2017-ci illərdə nəqliyyat nazirinin müavini işləyib.

Musa Pənahov Moldova kommunistlərinin lideri, bu ölkənin sabiq prezidenti Vladimir Voroninlə (2001-2009-cu illərdə Moldova prezident olub) qudadır. Vladimir Voronin nəvəsi Yekaterinanı (oğlu Oleq Voroninin qızı) azərbaycanlı məmur Musa Pənahovun oğlu Fuad Pənahova ərə verib.

Bu hadisə də Musa Pənahov nazir müavini işlədiyi dövrdə - 2011-ci ilin iyununda gerçəkləşib. Həmin toy Bakıda, “Buta Palace” sarayında keçirilib. Azərbaycanlı məmur oğluna ərə gələn Yekaterina xanım Moldovanın zəngin adamlarından olan Oleq Voroninin yeganə övladıdır. Cütlüyün Fransanın elitar kurort zonası olan Lacivərd sahillərində tanış olduqları barədə məlumat yayılmışdı.

Əcnəbilərlə qohum olan azərbaycanlı tanınmışlar — FOTOLAR

Dövlət İmtahan Mərkəzinin sədriMəleykə Abbaszadəninqızı Nərgiz Abbaszadə də əcnəbi vətəndaşla ailəlidir. O, Bakıda Xəzər Universitetini bitirəndən sonra ABŞ-da hüquq təhsili alıb, ölkə xaricində işləyib.

Danimarka vətəndaşı Ulrik Birk-Petersenlə ailə həyatı qurmuş Nərgiz xanım hazırda Birk-Petersen soyadı daşıyır. O, hazırda bu ölkənin paytaxtı Kopenhagendə yaşayır və Danimarka vətəndaşıdır.

Əcnəbilərlə qohum olan azərbaycanlı tanınmışlar — FOTOLAR

2005-2021-ci illərdə Azərbaycanın səhiyyə naziri işləmiş mərhumOqtay Şirəliyevinqızı Nərmin Şirəliyeva Rusiya vətəndaşı ilə evli olub.

Rusiyada oxuyub işləyən Nərmin Şirəliyeva 1997-ci ildə məşhur televiziya və kino rejissoru, ssenarist Yevgeni Ginsburqla ailə həyatı qurub. 1999-cu ildə ailədə Aleksandradlı oğlan dünyaya gəlib. Kinorejissorun azərbaycanlı xanımla evliliyi 14 il sürüb. 2012-ci ilin yanvarında Yevgeni Ginsburq insultdan vəfat edib.

Nərmin Şirəliyeva 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının üzvüdür. O, 2018-2020-ci illərdə Moskva vilayətinin mədəniyyət naziri vəzifəsində işləyib. N.Şirəliyeva hazırda Rusiya XİN-in strukturlarından biri olan “Rossotrudniçestva” rəhbərinin müşaviri postunu tutur.

Bununla yanaşı o, 2018-ci ilin fevral ayından MDBMİ-nin Beynəlxalq Jurnalistika kafedrasınıda dərs deyir, professordur.

Əcnəbilərlə qohum olan azərbaycanlı tanınmışlar — FOTOLAR

Sabiq mədəniyyət naziriƏbülfəs Qarayevdə əcnəbilərlə qohum olub. Ə.Qarayev 2006-2020-ci illərdə Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışıb.

Onun yeganə övladı – qızı Suad Qarayevahazırda Londonda yaşayır və bu şəhərdəki məşhur "Sotheby's" Hərrac Evində layihə meneceri vəzifəsində işləyir.

Suad Qarayeva 2015-ci ilin oktyabr ayında əslən İrandan olan Böyük Britaniya vətəndaşı, iş adamı Şəhriyar Malekiyə ərə gedib. Onların nikahı Londonda, toyları isə Bakıda keçirilib. Bu nikahdan sonra Suad xanım Qarayeva-Maleki soyadını qəbul edib. 2019-cu ildə cütlüyün bir qızı dünyaya gəlib.

Əcnəbilərlə qohum olan azərbaycanlı tanınmışlar — FOTOLAR

Məşhur aktyor, Hollivud ulduzu Jan Klod Van Damın oğlu Kristofer Van Damm azərbaycanlı qızla ailə qurub. Məşhur ailənin üzvünə çevrilənSuada HacızadəBakıda doğulub-böyüyüb, pianoçudur. Ümumtəhsil və musiqi məktəbini bitirdikdən sonra Bakı Musiqi Akademiyasında təhsil alıb.

O, 2021-ci ildə Jan Klod Van Damın oğlu Kristofer Van Dammla ailə qurub.

Suada Hacızadə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin bacısıdır.

Əcnəbilərlə qohum olan azərbaycanlı tanınmışlar — FOTOLAR
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq prezidentiCahangir Əsgərov2017-ci ildə qızı Mila Əsgərovaya toy edib. Toy mərasimi Bakıda baş tutub.Mila Əsgərovanın həyat yoldaşı ingilis əsilli Robert Nortondur.

Mila Əsgərova "Gazelli Art House” şirkətinin təsisçisi və rəhbəridir.

Cahangir Əsgərovun digər övladı da xarici vətəndaşla evlidir. AZAL-ın sabiq rəhbərinin Cəmilə Əsgərova adlı qızı “Gazelli Azerbaijan” kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur. Onun həyat yoldaşı ispan əsilli İgnazio Coraci adlı iş adamıdır.

Əcnəbilərlə qohum olan azərbaycanlı tanınmışlar — FOTOLAR

Azərbaycanın opera müğənnisi, Xalq artistiFidan Hacıyevaingiltərəli Filipp Neylora ərə gedib.Onlar 2003-cü ildə ailə qurublar. Bakıda yaşayan cütlüyün 1 qızı, 2 oğlu var.Fidan Hacıyeva hər açıqlamasında Filipp Neylorla xoşbəxt olduğunu vurğulayır.

Fidan Hacıyeva 1996-cı ildən bu günədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yüksək dərəcəli vokalist kimi fəaliyyətini davam etdirir.

Əcnəbilərlə qohum olan azərbaycanlı tanınmışlar — FOTOLAR

Alman əsilli kubalı müğənni Karen Dangerlə evlənən azərbaycanlı da tanınmış simalar sırasına daxil edilə bilər. Söhbət panoçu-bəstəkarAbuzər Manafzadədəngedir.

Abuzər Manafzadənin atası pianoçu və dirijor, Əməkdar artist İslam Manafov Bakı Musiqi Akademiyasının dosentidir.

Bacısı isə Əməkdar artist Turan Manafzadə pianoçu, bəstəkar və dirijordur.

Abuzərin həyat yoldaşı Karen xanım Almaniya vətəndaşıdır.CütlükAvstriyada yaşayır.

Əcnəbilərlə qohum olan azərbaycanlı tanınmışlar — FOTOLAR

Tanınmış aparıcıXoşqədəm HidayətqızıTürkiyəvətəndaşı olan məşhur müğənni Doğulşa ailə qurub. Onlar 2014-cü ildə evləniblər. 2016-cı ildə cütlüyün Arın və Arda adlı əkizləri övladları dünyaya gəlib. (Modern.az)

Demokrat.az

NE
Nihadə Eyyubova