Paytaxtda yarımtikilidə gizlədilən 1 kq 510 qram heroin aşkarlandı

KRİMİNAL 06 yan 2020, 21:15

Bakıda yarmıtikilidə gizlədilən 1 kiloqram 510 qram heroin aşkarlanaraq götürülüb. 


Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.


Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini H.Bilalov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb. 


Davam etdirilən tədbirlərlə onun Binəqədi qəsəbəsi ərazisindəki yarımtikilidə gizlətdiyi 1 kiloqram 510 qram heroin də aşkar edilərək götürülüb. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top