Hadisə

Azərbaycanda mikroavtobus yandı

Azərbaycanda mikroavtobus yandı

Goranboy rayonunda mikroavtobus yanıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

Bildirilir ki, “Mercedes” markalı mikroavtobusun mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az