Gündəm

“Qardaşım ölməyib, sağdır” — Əhəd Abıyev

“Qardaşım ölməyib, sağdır” — Əhəd Abıyev

Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevin qardaşı Nadir Abıyevin vəfat etməsi ilə bağlı məlumat yayılıb.

Demokrat.az xəbər verir ki, Əhəd Abıyev Unikal-a açıqlamasında bildirib ki, qardaşı dünyasını dəyişməyib:

"Qardaşım Nadir xərçəng xəstəliyindən əziyyət çəkir. Bir müddət əvvəl Türkiyəyə aparmışdıq. Təxminən bir ay orada müalicə aldı.

Daha sonra Vətənə qayıtdı. Hazırda Bakı Sağlamlıq Mərkəzində reanimasiyadadır. Vəfat etməyib", - deyə o əlavə edib.

Qeyd edək ki, Nadir Abıyev 2006-2020-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

NE
Nihadə Eyyubova