Dünya

İran tarixində ilk dəfə intiqam bayrağı dalğalandırıldı — VİDEO

İran tarixində ilk dəfə intiqam bayrağı dalğalandırıldı — VİDEO

Yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin öldürülməsinə görə İrandan sərt reaksiyalar gəlməyə davam edir.

Ölkə rəhbərliyinin intiqam alınacağı barədə söz verməsindən sonra ilk siqnal gəlib.

Belə ki, bu günQum şəhərindəki Cəmkəran məscidinin qübbəsinə qırmızı bayraq çəkilib. Bu bayraq isə “İNTİQAM” və “DÖYÜŞ” mənalarını daşıyır.

İran mediası bu hadisə “İntiqam alacağıq” başlığı ilə manşetlərə daşıyıb.

Qeyd edək ki, əfsanəvi generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. ("Ölkə.Az")

Demokrat.az

D
demokrat.az