Türkiyədə rəsmi səfərdə olan Nigeriya Prezidenti Bola Tinubu Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş zamanı yıxılıb.
Demokrat.az xəbər verir ki, hadisərəsmi qarşılanma mərasimində baş verib.
Nigeriya prezidenti xalçaya ilişərək müvazinətini itirib və yıxılıb.
Bildirilib ki, Nigeriya prezidentinin səhhətində hər hansı ciddi problem yaranmayıb və dərhal ayağa qalxaraq tədbiri davam etdirib.


