Siyasət

Nazirliyin Nəqliyyat İdarəsinin direktoru işdən çıxarıldı — Vəzifəsi ona tapşırıldı (FOTOLAR)

Nazirliyin Nəqliyyat İdarəsinin direktoru işdən çıxarıldı — Vəzifəsi ona tapşırıldı (FOTOLAR)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin direktoru vəzifəsindən azad olunub.

Demokrat.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, nazirin birinci müavini Rəşad İsmayılovun müvafiq əmrilə sözügedən idarənin rəisi Baxışov Elxan Sərxan oğlu öz ərizəsilə vəzifəsindən azad edilib.

Nazirliyin Nəqliyyat İdarəsinin direktoru işdən çıxarıldı — Vəzifəsi ona tapşırıldı (FOTOLAR)
Elxan Baxışov

Digər əmrlə, Nəqliyyat İdarəsinin direktoru vəzifəsi müvəqqəti olaraq nazirliyin Texniki təminat şöbəsinin müdiri Nəsib Orucova həvalə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova xəbəri saytımıza təsdiqləyib.

Nazirliyin Nəqliyyat İdarəsinin direktoru işdən çıxarıldı — Vəzifəsi ona tapşırıldı (FOTOLAR)
Nəsib Orucov

Qeyd edək ki, Elxan Baxışov 01.06.2022-ci ildə sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin əmri ilə Nəqliyyat İdarəsinin (Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin) rəisi vəzifəsinə təyin olunmuşdu.

NE
Nihadə Eyyubova