Dünya

“Meta” fırıldaqçılıqda ittiham olunur

“Meta” fırıldaqçılıqda ittiham olunur

Rusiyada ekstremist kimi tanınan və qadağan olunmuş“Meta” təşkilatıvatsap mesajlarına girişi ilə bağlı fırıldaqçılıqda ittiham olunub.

Demokrat.az xəbər verir ki, bu barədə “Bloomberg” məhkəmə sənədinə istinadənməlumat yayıb.

İddiaçılar şirkətin tətbiqin məxfiliyi və təhlükəsizliyi ilə bağlı yalan iddialar irəli sürdüyünü bildirib.

Qeyd edilib ki, bu, “Meta”ya görə, yalnız söhbət iştirakçılarının söhbətə daxil ola biləcəyini təmin edən başdan-ayağa şifrələmə texnologiyasına aiddir.

Lakin iddiaçılar bildirir ki, “Meta” yazışmaların məzmununu saxlayır və işçiləri ona daxil ola bilirlər.

NE
Nihadə Eyyubova