Cəmiyyət

"Azəriqaz"ın rəhbəri Mingəçevirdə vətəndaş qəbulu keçirəcək

Azəriqazın rəhbəri Mingəçevirdə vətəndaş qəbulu keçirəcək

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyini baş direktoru Azər Məmmədovun Mingəçevir şəhərində vətəndaş qəbulu 23 yanvar saat 11:00-da Gənclər Evində baş tutacaq.

Demokrat.az xəbər verir ki, görüş zamanı Mingəçevir və Yevlax sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional Qaz İstismarı İdarəsinə (tel: 050 845 74 14; 050 845 93 52) müraciət edə bilərlər.

NE
Nihadə Eyyubova