Hadisə

Bakıda musiqiçi faciəli şəkildə öldü

Bakıda musiqiçi faciəli şəkildə öldü

Bakıda musiqiçi dəm qazından zəhərlənərək ölüb.

Demokrat.az-ın məlumatına görə, hadisə dünən axşam saat 20 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından boğularaq həyatını itirib.

B.Əzimov saz ifaçısı kimi tanınırdı.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır. (oxu.az)

D
demokrat.az