Siyasət

ABŞ-ın müvəqqəti işlər vəkilindən Azərbaycan dilində bayram təbriki — VİDEO

ABŞ-ın müvəqqəti işlər vəkilindən Azərbaycan dilində bayram təbriki — VİDEO

“ABŞ və Azərbaycan arasında münasibətlərdə mühüm inkişaf baş verib”.

Demokrat.azxəbər verir ki, bunu ABŞ-ın Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon "X" sosial media hesabında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan dilində yayımladığı video-təbrikində bildirib.

"Bu ilin iyun ayından Azərbaycana gəldiyindən bəri ölkələrimiz arasında münasibətlərdə mühüm inkişaf baş verib. Xüsusilə avqustun 8-də Vaşinqtonda Prezident Trampın ev sahibliyi ilə keçirilən Zirvə görüşü böyük əhəmiyyət daşıyır. ABŞ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə sadiqdir", - o qeyd edib.

Daha ətraflı videoda:

NE
Nihadə Eyyubova