Sosial

Vilayət Eyvazovdan daha bir TƏYİNAT

Vilayət Eyvazovdan daha bir TƏYİNAT

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

Demokrat.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Sultan Zeynalov tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə S.Zeynalov DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilib.

Məlumatı DİN-in mətbuat xidmətindən Oxu.Az-a təsdiqləyiblər.

Demokrat.az

D
demokrat.az