Kriminal Özəl

Qusarda 58 yaşlı kişi arvadını döydü

Qusarda 58 yaşlı kişi arvadını döydü

Qusar rayonunda 58 yaşlı kişi ailə münaqişəsi zəminində həyat yoldaşını döyüb.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, 1967-ci il təvəllüdlü Aslan aralarında spirtli içki üstündə baş vermiş mübahisə zamanı arvadı Züleyxa (adlar şərtidir – red.) ilə mübahisə edib. Bu zaman Aslan əl zərbəsi ilə arvadının sifət nahiyəsinə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

Hadisəni törədən Aslanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. məhkəmədə ifadə verən həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs ifadələrində barışıq əldə etdiklərini bildiriblər.

Qusar Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova