Bakının Nəsimi rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə “Bakı gecələri” kafesində baş verib. Oğuz rayon sakini, 1993-cü il təvəllüdlü İntiqam həmin kafenin sanitar qovşağının giriş qapısının qarşısında qeyri-rəsmi münasibətdə olduğu Xalidə ilə mübahisə edib.
İntiqam Xalidə ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı onun üz nahiyyəsinə qəsdən əl zərbəsi ilə vurub.
Hadisəni törədən İntiqamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bu işə Binəqədi Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş şəxs ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


