Erməni ekspertlər sabah Bakıya yola düşəcəklər.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Ermənistan hökuməti bu gün keçirilən iclasında qərar qəbul edib və həmin qərara əsasən, 2025-ci il noyabrın 21-dən 22-dək Bakıda keçiriləcək dairəvi masa müzakirəsinə Ermənistan tərəfindən 5 ekspertin iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reysinin təşkilinə 17 milyon 550 min dram ayrılması təklif olunub.
Qərarın əsaslandırılmasında qeyd edilir ki, dairəvi masa müzakirəsində iştirak vasitəsilə erməni və azərbaycanlı vətəndaş cəmiyyəti nümayəndələrinin təmasları aktivləşəcək və iki ölkə cəmiyyətləri arasında etimadın formalaşdırılması mexanizmləri yaradılacaq. (Ordu.az)


