Sosial Özəl

Müəllimlərin nəzərinə: yeni tələb qoyulur? — AÇIQLAMA

Müəllimlərin nəzərinə: yeni tələb qoyulur? — AÇIQLAMA

"Müəllimin magistr təhsilli olması yaxşıdır, amma bunun tələb kimi qoyulması absurd olar".

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

O bildirib ki, müəllim öz ixtisasında nə qədər dərin biliklərə sahibdirsə, o, daha yaxşı mütəxəssis olacaq:

Müəllimlərin nəzərinə: yeni tələb qoyulur? — AÇIQLAMA

"Bu mənada mən istəyərdim ki, bizim müəllimlərimiz magistr təhsilli olsunlar. Amma belə bir tələb yoxdur və belə tələbin olması absurd olar.

Bütün hallarda, müəllim peşəsinə yönələn şəxslər nə qədər dərin biliklərə malik olsalar, yaxşı olar. Magist pilləsi bakalavr pilləsindən daha üstündür, burada mütəxəssisin araşdırma qabiliyyəti inkişaf etdirilir. Müəllimin magistr təhsilinin olması yaxşıdır, amma bunun tələb olaraq qoyulması absurd olar.

Müəllimlərin magistr təhsilli olması keyfiyyəti yüksəldə bilər. Müəllimin savadı, bilikləri, metodologiyası tədrisin keyfiyyətinə təsir edir".

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova