Gündəm Özəl

Son 5 ildə STEAM festivalına 25 mindən çox iştirakçı müraciət edib — AÇIQLAMA

Son 5 ildə STEAM festivalına 25 mindən çox iştirakçı müraciət edib — AÇIQLAMA

“Qısa zamanda Qazaxıstan, Özbəkistan və Qırğızıstanda STEAM layihələrinin təlimləri keçirilib, həmçinin iki STEAM innovasiya mərkəzinin qurulması təmin edilib. Sevindirici haldır ki, bu gün STEAM Azərbaycan Daşkənd və STEAM Azərbaycan Bişkek komandaları da festivalda iştirak edir və bir-biri ilə yarışırlar”.

Demokrat.az xəbər verir ki, bunu Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimində çıxış edən STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov deyib.

O qeyd edib ki, son 5 ildə STEAM festivalına 25 mindən çox iştirakçı müraciət edib, onların 5 mindən çoxu xarici vətəndaşlardır. 2021-ci ildən bu günə qədər tədbirdə 21 ölkə təmsil olunub.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova