Sosial

Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək

Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illik yubileyi münasibətilə Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək.

Bu barədə Demokrat.az-a Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat verilib.

Bildirilib ki, bu münasibətlə 14-19 oktyabr tarixlərində muzeyə giriş pulsuz olacaq.

"Bu fürsətdən siz də yararlanın – muzeydə dəmir yollarının 145 illik tarixinə səyahət edənlərdən olun", deyə ADY bildirib.

NE
Nihadə Eyyubova