Gəncədə üç yaşlı uşaq çoxmərtəbəli binadan yıxılaraq ölüb.
Oxu.Azxəbər verir ki, 2022-ci il təvəllüdlü Mehdi Məmmədov ehtiyatsızlıqdan binanın 7-ci mərtəbəsindən yıxılıb.
Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.


