Maliyyə Özəl

Sürücülərə ŞAD XƏBƏR! — “Qala Sığorta” “Qaydalı Kasko” məhsulunu təqdim edir...

Sürücülərə ŞAD XƏBƏR! — “Qala Sığorta” “Qaydalı Kasko” məhsulunu təqdim edir...

Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan “Qala Sığorta” yol hərəkəti qaydalarına riayət edən və qəza zamanı heç bir təqsiri olmayan sürücülər üçün yeni məhsul – “Qaydalı Kasko”nu təqdim edib.

Bu barədə Demokrat.az-a Şirkətdən məlumat verilib.

Məlumata görə, sözügedən məhsul məsuliyyətli sürücülərə əlavə üstünlüklər təqdim edir və onların təhlükəsizliyini daha güclü təmin etməyi hədəfləyir.

Qeyd edək ki, “Qala Sığorta” şirkətinin “Qaydalı Kasko” xidməti ilə bağlı ətraflı məlumatı *4000 nömrəsi ilə əlaqə saxlayaraq və ya şirkətin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221 ünvanındakı ofisinə müraciət etməklə əldə etmək mümkündür.

Demokrat.az

D
demokrat.az