Fəzail Ağamalı özünə daha bir müavin təyin etdi — FOTO

GÜNDƏM 10 dek 2019, 16:06

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 09 dekabr 2019-cu il sərancamı ilə Hacızadə Yalçın Akif oğlu Ana Vətən Partiyası sədrinin Hüquqi məsələlər üzrə müavini təyin edilib.


Bu barədə Demokrat.az-a Ana Vətən Partiyasından məlumat verilib. 


Qeyd edək ki, Hacızadə Yalçın Akif oğlu 1979-cu ildə Biləsuvar rayonunda anadan olub. 1985-1995-ci illərdə Biləsuvar şəhər Kəmaləddin Ağayev adına orta məktəbi bitirib.


“Hüquqşünaslıq” ixtisası üzrə 1996-2000-ci illərdə Bakı Biznes Universitetində bakalavr, 2005-2007-ci ilərdə Türkiyə Respublikasının Akdeniz Universitetində dövlət və bələdiyyə idarəetməsi bölümündə magistr təhsili alıb.


2000-2001-ci illərdə hərbi xidmətdə olub. Ölkəmizdə, bank və televiziya sahəsində hüquqşünas, hüquq şöbəsinin rəisi, direktor müavini həmçinin, Türkiyə Respublikasında tikinti şirkətinin sənədləşmə bölümünün hüquqşünası və rəhbəri vəzifələrində çalışmışdır. Hal-hazırda hüquq, mühasibatlıq və marketinq xidmətləri göstərən şirkətin rəhbəridir. Hüququn müxtəlif sahələri üzrə keçirilən yerli və beynəlxalq tədbirlərin iştirakçısı və çıxışçısı olub. 2015-ci ildən Ana Vətən Partiyasının və onun Ali Məclisinin üzvüdür.


Ailəlidir, bir övladı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top