Bakıda “EuroHome” tikinti materialları bazarı yanır — Helikopter cəlb edildi (VİDEO+FOTOLAR)

HADİSƏ 10 dek 2019, 10:21

Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğın güclənib.

 

Demokrat.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 


FHN yanğının qarşısının alınması üçün  çağırış 3 elan edib, helikopter cəlb edilib.
 

Hazırda yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top