Maraqlı

Payızda sağlam qidalanma üçün tövsiyələr

Payızda sağlam qidalanma üçün tövsiyələr

Yaydan payıza keçid zamanı immun sistemi üçün kritik dövrdür. Havanın soyuması ilə birlikdə soyuqdəymə, halsızlıq kimi hallar artar. Bu dövrdə düzgün qidalanma həm xəstəliklərə qarşı qoruyur, həm də bədəni qışa hazırlaşdırır.

Pravda.azsağlam qidalanma üçün əsas tövsiyələri təqdim edir:

Payızda sağlam qidalanma üçün tövsiyələr

Mövsümə uyğun meyvə və tərəvəzlər yeyin:Brokoli, kök, alma, nar, naringi kimi C vitamini və liflə zəngin qidalar immuniteti gücləndirir.

Payızda sağlam qidalanma üçün tövsiyələr

Protein qəbul edin:Toyuq, balıq, yumurta, noxud və mərci kimi heyvani və bitki mənşəli proteinlər enerji verir və bədəni gücləndirir.

Sağlam yağları unutmayın:Zeytun yağı, qoz, badam və avokado ürək və hüceyrə sağlamlığı üçün vacibdir.

Payızda sağlam qidalanma üçün tövsiyələr

Təbii gücləndiricilərdən istifadə edin:Zəncəfil, sarıkök, sarımsaq, soğan və bitki çayları (məsələn, adaçayı, ıhlamur) infeksiyalara qarşı qoruyucudur.

Kifayət qədər su için:Hər gün ən azı 1,5–2 litr su içmək vacibdir. Limon və ya nanə ilə dadlandırmaq mümkündür.

Qidalandırıcı isti yeməklərə üstünlük verin:Mərci və tərəvəz şorbaları, bulqur və qarabaşaq kimi lifli taxıllar enerji və toxluq təmin edir.

Payızda sağlam qidalanma üçün tövsiyələr

Sağlam qəlyanaltılar seçin:Qatıqla qarışıq meyvə və qoz, az miqdarda tünd şokolad alternativ ola bilər.

Payızda sağlam qidalanma üçün tövsiyələr

Əsas tövsiyə:Qida rejimini pozmamaq, emal olunmuş məhsullardan uzaq durmaq və vitamin-mineral ehtiyaclarını qarşılamaq, bədəninizi həm payız, həm də gələcək qış aylarına hazırlamağa kömək edəcək.

NE
Nihadə Eyyubova