Taekvondoçularımız Qran-Pri yarışını medallarla bitirdi

İDMAN 07 dek 2019, 22:14

Rusiyanın paytaxtı Moskvada keçirilən Qran-Pri turnirinin final mərhələsində üç taekvondoçumuzdan ikisi medal qazanıb.  

 

Azərbaycan Taekvondo Federasiyasından Demokrat.az-a Oxu.Az xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beiqi Hərçəqani braziliyalı Miqel Martinsi və özbəkistanlı Nikita Rafaeloviçi məğlub edərək finala vəsiqə qazansa da, həlledici döyüşdə Rusiya təmsilçisi Maksim Kramtsova məğlub olaraq turniri gümüş medalla başa vurub.  

 

Radik İsayev (+80 kq) isə bürünc medalla kifayətlənib.  

 

Digər idmançımız Cavad Ağayev (-68 kq) elə ilk döyüşündə britaniyalı Bredli Sindenə məğlub olaraq yarışı erkən tərk edib.  

 

Xatırladaq ki, 42 ölkədən 128 taekvondoçunun qatıldığı yarışlar Moskva şəhərinin “Dinamo” idman arenasında keçirilir. İlk pillədə yer alan idmançı aktivinə 80, ikinci yer 48, üçüncü yerə sahib olan idmançı isə 28.8 reytinq xalı əlavə edir. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top