İş zamanı sağlamlığını, sonra isəişini itirdi... İndi nə işi var, nə də ona təzminat ödənilir...
Xezerxeber.az xəbər verir ki, söhbət Pirallahı rayon Mənzil Kommunal Təsərrüfartı Birliyinin Komunal xidmət sahəsinin sürücüsü39 yaşlı Pərvin Tatarov gedir. O, iddia edir ki, 2018-ci ilindekabr ayında birlik rəhbəri tərəfindən verilmişiş tapşırığının icrası zamanı idarə etdiyi FordCarqo markalı yük avtomobilindən yük boşaldılarkən ağır xəsərət alıb.
Açəq kəllə beyin travması, baş-beyinin ətraflı hemotomasındansonrakı vəziyyət kəllə əsası və üz sümüklərinin sınığı, daxili çəpgözlük və digər travmatik yaralar alan Pərvin Tatarovuzun müddət xəstəxanada yatıb. Müayinə və müəlicədən sonra ona ikinci dərəcəli əlillik təyin olunub. Elə Pərvinin həyatı da bundan sonra dəyişib.
İki ay əvvəl işdən çıxarıldığını idda edən Pərvin Tatarov işlə təmin olunmaq üçün müvafiq qurumlara müraciət etdiyini deyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


