ATƏT PA prezidenti: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nikbin işarə görmək istərdik"

SİYASƏT 05 dek 2019, 16:55

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha çox nikbin işarə görmək istərdik”.

 

Bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən 26-cı iclasında ATƏT-in Parlament Asambleyasının (ATƏT PA) prezidenti Georgi Tsereteli deyib.

 

O bildirib ki, ATƏT məkanında yaşayan əhali siyasətçilərdən münaqişələrin həllini gözləyir.

 

G.Tsereteli xalqların rifahı və təhlükəsizliyinin təmin olunmasında ATƏT-in əhəmiyyətli rolunu da diqqətə çatdırıb: “İnsanlar gündəlik həyatlarının yaxşılaşmasına layiqdirlər. Onlar təhlükəsizliklərinin artırılmasına, daha layiqli gələcəyin təmin olunmasına ümid bəsləyirlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top