Sosial media

"WhatsApp"da yeni funksiya: Süni intellektlə səsli söhbət edəcəksiz

WhatsAppda yeni funksiya: Süni intellektlə səsli söhbət edəcəksiz

"WhatsApp" Android beta versiyasında istifadəçilərə mesaj göndərmək əvəzinə "Meta AI" süni intellekt köməkçisi ilə real vaxt rejimində səsli söhbətlər aparmağa imkan verən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

Demokrat.azxəbər verir ki, artıq Android beta versiyasında (2.25.21.21) mövcud olan yeni funksiya "Meta AI" çatında dalğa forması ikonasına toxunmaqla aktivləşdirilir.

Bu xüsusiyyət hətta digər proqramlardan istifadə edərkən süni intellektlə səsli söhbətləri arxa planda davam etdirməyə imkan verəcək. (Lent.az)

NE
Nihadə Eyyubova