İdman

"Qarabağ" "Şelburn"a qarşı

Qarabağ Şelburna qarşı

Təmsilçimiz "Qarabağ" bu gün avrokuboklardakı ilk matçına çıxacaq.

Demokrat.azxəbər verir ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparan ağdamlılar İrlandiyanın "Şelburn" klubu ilə üz-üzə gələcəklər.

İlk matçını səfərdə keçirəcək "Qarabağ" meydana Bakı vaxtı ilə saat 22:45-də çıxacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

23 iyul

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyun

Saat 22:45, "Şelburn" - "Qarabağ".

D
demokrat.az