Xalq artisti reanimasiyadadır

HADİSƏ 03 dek 2019, 16:51

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhəti ağırlaşıb.

 

Demokrat.az xəbər verir ki, bu barədə Lent.az -a açıqlamasında 73 yaşlı Xalq artistinin qızı müğənni Səidə Dadaşova məlumat verib. Onun sözlərinə görə, atasının vəziyyəti yaxşı deyil:

 

“Atamın vəziyyəti heç də yaxşı deyil. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Dəqiq hansı xəstəlikdən əziyyət çəkdiyini bilmirik. Problemin gah ürəyində, gah da ağ ciyərində olduğunu dedilər. Həkim nəzarətindədir, amma səhhəti ağırdır”.

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top