Sosial Özəl

Bu müəllimlərin attestasiyası başa çatdı — RƏSMİ

Bu müəllimlərin attestasiyası başa çatdı — RƏSMİ

Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üçün attestasiyası başa çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov məlumat verib. O bildirib ki, proses 5 regionda keçirilib - Bakı, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz.

4 ay davam edən attestasiya imtahanlarında 4 min müəllim iştirak edib.

Məlumata görə, musiqi və incəsənət məktəblərində çalışan təxminən 12-12 min müəllimin hamısı attestasiyadan keçiriləcək.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova