Hadisə

Avtomobil motobloka çırpıldı — Sərnişin öldü

Avtomobil motobloka çırpıldı — Sərnişin öldü

Yevlaxda minik avtomobilinin motobloka çırpılması nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb.

Demokrat.az xəbər verir ki, 1951-ci il təvəllüdlü Arzuman Səfərov dünən səhər saatlarında “Mercedes Benz 250” markalı minik avtomobili ilə hərəkətdə olarkən, qarşısında eyni istiqamətdə hərəkət edən 1955-ci il təvəllüdlü Hacıbala Kazımovun idarə etdiyi “Ural” markalı motoblokun arxa hissəsinə çırpılıb.

Zərbənin gücündən motoblokda olan sərnişin 1959-cu il təvəllüdlü Fəxriyyə Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkünn olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.

NE
Nihadə Eyyubova