Dünya Özəl

KİV: Rusiya Ukraynaya daha iki rayonun işğal edəcəyini bildirib

KİV: Rusiya Ukraynaya daha iki rayonun işğal edəcəyini bildirib

İstanbulda Ukrayna təmsilçiləri ilə danışıqlar zamanı Rusiya nümayəndə heyəti Rusiyanın daha iki rayonu işğal etməyə qadir olduğunu açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Economist-in müxbiri Oliver Kerroll məlumat verib.

Jurnalist bəyan edib ki, Rusiya tərəfi yalnız Ukrayna qoşunlarının Xerson, Zaporojya, Donetsk və Luqansk vilayətlərindən tam çıxarılması şərti ilə atəşkəslə razılaşmağa hazırdır. 2022-ci ildən bəri ilk dəfə Rusiya və Ukrayna arasında birbaşa danışıqlar İstanbulda baş tutub.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova