Titanik-dən sağ çıxan şəxslərdən birinin məktubu hərracda 400 min dollara satılıb.
Musavat.com “The Guardian”a istinadən xəbər verir ki, Titanik-də birinci sinif üzrə səyahət edən polkovnik Arçibald Qreys məktubunda gəmi haqqında ilk təəssüratlarını bölüşüb. Məktub kartı 10 aprel 1912-ci il tarixlidir: "Bu, gözəl gəmidir, lakin mən onun haqqında qərar vermək üçün əvvəl səyahətimin sonuna qədər gözləyəcəyəm".
Məktub aprelin 26-da Uoltşirdəki Henry Aldridge and Son of Devizes hərrac evində gözlənilən qiymətdən beş dəfə baha satılıb.
Hərrac təşkilatçılarına görə, bu, Titanik gəmisinin göyərtəsində yazılmış məktub üçün əldə edilən ən yüksək qiymətdir.


