Xarici siyasət

İordaniyanın Kralı İlham Əliyevi təbrik etdi

İordaniyanın Kralı İlham Əliyevi təbrik etdi

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.

Demokrat.azxəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Zati-alinizə ən xoş arzularımı bildirir, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm".

D
demokrat.az